Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Bakıda karantin qaydasını pozan kafe sahibi 1500, müştəriləri isə 200 manat cərimələndi – FOTOLAR

Bakıda karantin qaydasını pozan kafe sahibi 1500, müştəriləri isə 200 manat cərimələndi – FOTOLAR

Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

Mia.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iyunun 23-də saat 18:30 radələrində Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən “Azəri” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi H.Məhərrəmov 1 500 manat, digərləri 200 manat cərimə olunublar.

img

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …