Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Bakıda evdən qadının skeleti tapıldı – 2 il əvvəl ölüb

Bakıda evdən qadının skeleti tapıldı – 2 il əvvəl ölüb

Bakıda qadın skeleti tapılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, fevralın 24-ü saat 13 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyətin üzərində zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti tapılıb. Onun skeleti mənzilin mətbəxə keçid hissəsində aşkarlanıb. 

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin olunub. 

Qonşular bildirib ki, U.Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər. Umuyət Abdurəhimova uzun müddət 102 saylı “JEK”də süpürgəçi işləyib, daha sonra təqaüdə çıxıb. Məlumata görə, onun Bakıda yaxın qohumu yoxdur.

Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başlayıb

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 3 gündür aclıq etdiyi …