Ana səhifə / Kriminal / “Azərbaycanda istehsal edilən məhsulların bahalaşması yolverilməzdir”

“Azərbaycanda istehsal edilən məhsulların bahalaşması yolverilməzdir”

“Azərbaycanda istehsal edilən məhsullaırn bahalaşması yolverilməzdir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda istehsal edilən məhsulların istehsalçılara baha qiymətə təqdim edilməsi iqtisadi zərurətdən irəli gəlmir:
“Əgər hər hansı ərzaq məhsulu xaricdən gətirilirsə, manatın devalvasiyası, dolların yüksəlməsi fonunda onun daha baha qiymətə alınması və vətəndaşlara yeni, yüksək qiymətlərlə təqdim olunması başadüşüləndir. Baxmayaraq ki, bir çoxları bu məsələdə də həddi aşır və öz xərclərini şişirdir. Lakin Azərbaycanda istehsal olunan məhsulları dolların kursunun yüksəlməsini əsas gətirərək baha qiymətə təqdim etmək ümumiyyətlə məntiqə ziddir. Çünki bu məhsullaırn xammalı Azərbaycanda alınır, burda da istehsal edilir. Yəni dollaırn kursunun yüksəlməsinin bu məsələdə heç bir rolu yoxdur. Lakin görünən odur ki, bəzi yerli istehsalçılar da qiymətləri yüksəldir ki, bunu da ancaq fürsətcillik kimi dəyərləndirmək olar”.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın