Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / AMİP həbs olunanları azadlığa buraxmağı tələb edir – BƏYANAT

AMİP həbs olunanları azadlığa buraxmağı tələb edir – BƏYANAT

“AMİP Siyasi Şurası bahalaşma ilə əlaqədar regionlarda keçirilən aksiyalar zamanı həbs olunanların tezliklə azadlığa buraxılmasını, başlanan cinayət işlərinin ləğvini, eləcə də narazılığa səbəb olan halların aradan qaldırılmasını və sərbəst toplaşma azadlığının tanınmasını, xalqa həqarətlə yanaşan, onları təhqir edən, haqlı etirazları zorakılıqla boğan məmurların cəzalandırılmasını tələb edir”.

 Azinforum.az xəbər verir ki, bu barədə AMİP Siyasi Şurasının iclasında qəbul olunmuş bəyanatında bildirilir. AMİP-dən verilən məlumata görə, iclasda siyasi və iqtisadi sahədə köklü islahatlar keçirilməsi, ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə təcili məsləhətləşmələr aparılması, müxtəlif sahələr üzrə mütəxəssislər də cəlb edilməklə antiböhran proqramının işlənib həyata keçirilməsinin vacibliyi bəyan edilib.

Həmçinin oxuyun

Nərimanovda “yaşıl soyqırım” – Çoxillik zeytun ağacları kəsildi – FOTOLAR

Bakının Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40a ünvanında çoxillik zeytun ağacları kəsilib. Bu barədə ərazidə yaşayan …

Bir cavab yazın