Ana səhifə / Kriminal / Azərbaycanda bu il büdcə kəsirinin 8,4%-ə yüksələcəyi gözlənilir

Azərbaycanda bu il büdcə kəsirinin 8,4%-ə yüksələcəyi gözlənilir

“Fitch” beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanda büdcə kəsirinin ÜDM-in 8,4%-nə qədər yüksələcəyini ehtimal edir. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) bank sektorunun maliyyələşməsinin həcminin isə ÜDM-in 12%-nə çatacağı gözlənilir.

“Report”un “Fitch”in hesabatına istinadən verdiyi xəbərə görə, cari ildə neft gəlirlərinin yüksəlməsi fonunda büdcənin mənfi saldosunun yaxşılaşacağı proqnozlaşdırılır.

Agentlik hesab edir ki, Azərbaycanın dövlət maliyyəsi onunla eyni kateqoriyada olan “BB” reytinqli ölkələrlə müqayisədə daha güclüdür və 2016-cı ildə gözlənilmədən müsbət tərəfə yönəlib. Neft gəlirlərinin kəskin azalmasına baxmayaraq, Azərbaycanın konsolidə olunmuş büdcəsinin kəsiri ÜDM-in cəmi 1,2%-ni təşkil edib. Bu da “BB” kateqoriyasında olan ölkələrin orta göstəricisindən (3,3%) və “Fitch”in müvafiq proqnozundan (7,3%) xeyli aşağıdır. Bunun səbəbi isə hökumətin kapital xərclərini 41% azaltması amili ilə əlaqələndirilir.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın