Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / Azərbaycan içki idxalını 3 dəfə artırıb

Azərbaycan içki idxalını 3 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycandan spirtli və spirtsiz içkilərin ixracında müsbət dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, ay ərzində 739,38 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2016-ci ilin müvafiq dövrünə nisbətən 536,33 min dollar yaxud 3,6 dəfə çoxdur.

Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,09%-ni təşkil edib.

Komitədən o da bildirilib ki, yanvarda Azərbaycana ümumilikdə 3 089,80 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2016-ci illə müqayisədə 1 910,5 min dollar və ya 2,6 dəfə çoxdur.

Bu məhsulların ölkənin ümumi idxalında payı 0,7% təşkil edib.

Həmçinin oxuyun

Cahangir Hacıyevin həbsdə aclıq aksiyasına başlayıb

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 3 gündür aclıq etdiyi …

Bir cavab yazın