Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda qəzada ölən 4 nəfərin əsgər övladları ilə görüşdən gəldiyi məlum oldu – VİDEO

Azərbaycanda qəzada ölən 4 nəfərin əsgər övladları ilə görüşdən gəldiyi məlum oldu – VİDEO

Bərdədə avtomobil qəzası zamanı ölən 4 nəfər əsgər övladlarının yanından qayıdırlarmış.
Bərdə rayonunun Mehdili kəndində baş verən dəhşətli yol qəzasında ölən Rəcəbəliyevlər ailəsi Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən əsgər övladları ilə görüşdən geri dönürmüş.
Qeyd edək ki, gecə saatlarında “VAZ-21011” markalı avtomobil “Shacman” markalı yük maşını ilə toqquşub. Nəticədə, Goranboy rayon sakinləri, “VAZ-21011” markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 48 yaşlı Rəcəbəliyeva Rəna Əli qızı və 13 yaşlı Vəliyev Rəvan Azər oğlu hadisə yerində ölüblər.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. (Report)

 

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …