Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda daha bir cinayətkar dəstə zərərləşdirildi

Azərbaycanda daha bir cinayətkar dəstə zərərləşdirildi

Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə qarşı Dövlət Sərhəd Xidməti tərəfindən tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən  verilən məlumata görə, 2018-ci ilin 30 iyun tarixində keçirilmiş əməliyyat tədbiri nəticəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.

01 iyul tarixində əməliyyat-axtarış tədbirinin davamı olaraq DİN-in Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində CM-nin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdiriməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Vardanyan həbsxanada aclığı dayandırdı

Bakıda həbsdə olan milyarder və qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş “hökumət başçısı” Ruben Vardanyan aclıq …