Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Azərbaycanda DƏHŞƏT: 3 manata görə qadının başını kəsib, evini yandırdı – TƏFƏRRÜAT

Azərbaycanda DƏHŞƏT: 3 manata görə qadının başını kəsib, evini yandırdı – TƏFƏRRÜAT

Gəncədə baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Gəncə şəhəri Nəriman Nərimanov prospektində Natella Katiblini amansızlıqla öldürən Elçin Mustafayevin hadisə vaxtı sərxoş olduğu və qonşusunu pula görə öldürdüyü məlum olub.
Elçin Mustafayev deyib ki, gecə saatlarında Natelladan 3 manat almaq üçün onun evinə gedib. Qadın pul verməkdən imtina edəndən sonra o, zorakılığa əl atıb.
ARB-yə danışan saxlanılan şəxs qadının söyüş söyməsindən sonra daha da hiddətləndiyini deyib: “Bir də dedim, 3 manat ver, yenə dedi, yoxudu, söydü məni. Gördüm, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün”.
Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra evi yandırmaqla izi itirmək istəyib.
Gəncə şəhər Prokurorluğunun böyük müstəntiqi Tural Məmmədov E.Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparıb, lakin hər hansı bir qiymətli əşya və pul tapmayıb. Mərhumun “Nokia” markalı mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırıb, mənzili tərk edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …