Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Kriminal / Azərbaycanda İslam bankı yaradılacaq

Azərbaycanda İslam bankı yaradılacaq

Azərbaycan özünün ilk müstəqil İslam bankçılığının əsasını qoymağa hazırlaşır. Azinforum.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Qlobal Biznes Forumunda İslam bankçılığı üzə mütəxəssis Behnam Qurbanzadə məlumat verib.
Onun sözlərinə görə, söhbət ölkədə ayrıca İslam bankının yaradılmasından gedir. Layihə gələn ilin əvvəllərində reallaşa bilər: “Azərbaycan hökuməti faizsiz kredit verən maliyyə mərkəzinin yaradılması üçün lazımi hüquqi bazanın yaradılmasında irəliləyiş əldə edib. Vaxtilə Azərbaycan Beynəlxalq Bankında İslam bankçılığı departamenti olub və bu baxımdan şəritə qaydalarına uyğun bankçılığın olduğu Qazaxıstan və Tacikistanla eyni sırada dayanıb. Hazırda hökumət İslam bankının yaradılması ilə bağlı baş qərargahı Səudiyyə Ərəbistanın Ciddə şəhərində olan İslam İnkişaf Bankı (İİB) ilə danışıqlar aparır”.
Onun sözlərinə görə, İİB-nin rəhbərliyi də Azərbaycanda İslam bankının olmasında maraqlıdır: “Bu bankın adı yaxın 2 ay ərzində məlum olacaq. Yeni bank filialsız fəaliyyət göstərəcək və xeyli müştəri cəlb etməyi qarşısına hədəf qoyub”.
Behnam Qurbanzadə həmçinin qeyd edib ki, Azərbaycanda bank sektorunun qarşılaşdığı maliyyə çətinlikləri ilə əlaqədar hökumət alternativ maliyyə mənbələrinin formalaşdırılmasında maraqlıdır: “Bu gün bazarlar daha uzunmüddətli maliyyələşmələrə ehtiyac duyur. Bank sektoru təkcə borclara və kreditlərə deyil, yatırımlara və tərəfdaşlıqlara əsaslanmalıdır”.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …

Bir cavab yazın