Ana səhifə / Kriminal / Avtomobillərin nağd satışı qadağan oluna bilər – TƏKLİF

Avtomobillərin nağd satışı qadağan oluna bilər – TƏKLİF

“Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılması üçün sahibkarlara müəyyən güzəştlər edilməlidir”.

Bu barədə “Deloitte Azerbaijan”ın idarəedici partnyoru Nuran Kərimov deyib.

N. Kərimovun fikrincə, nağdsız hesablaşmaların stimullaşdırılması üçün bəzi xarici ölkələrdə mövcud olan təcrübədən yararlanmaq olar: “Bəzi xarici ölkələrdə olduğu kimi avtomobillər yalnız nağdsız qaydada satıla bilər”.

O qeyd edib ki, nağdsız hesablaşmalardan daha çox banklar faydalanacaq və nağdsız hesablaşmaların genişlənməsi bankların gəlirlərini artıracaq. “Bu baxımdan banklar da müəyyən güzəştlər etməli, komissiya haqlarını aşağı salmalıdırlar”, – deyə N. Kərimov bildirib. APA

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …

Bir cavab yazın