Ana səhifə / Cəmiyyət / İcra başçısının villasından 4 milyon manat oğurlanıb

İcra başçısının villasından 4 milyon manat oğurlanıb

Balakən və Şamaxı rayonlarının icra hakimiyyətinin başçısı işləmiş Asif Nəriman oğlu Məmmədovun yaşadığı evə maskalıların hücumu olub. Evdən 4 milyon manat nağd pul götürülüb. Bu barədə istiqlal.az-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Mənbənin məlumatına görə, hadisə 2014-cü ildə – A.Məmmədov Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılandan az sonra baş verib: “Bir qrup maskalı şəxs onun Teymur Əliyev küçəsində yerləşən “milyonerlər məhəlləsi” adlanan ərazidə yerləşən villasına hücum çəkib. Basqın zamanı hamı evdə olub. Ancaq maskalılar buna əhəmiyyət verməyərək ev sahiblərinin əl-qolunu bağlayaraq 4 milyon pulu aparıblar”.

Mənbə bildirir ki, A.Məmmədov bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməyib: “Bəzi ehtimallara görə, basqınçılar hazırda həbsdə olan MTN genreralı Akif Çovdarovun adamları olub. A.Məmmədov da bu təxmin etdiyindən, “dərin dövlətlə” tarana getməyərək susmağı üstün tutub. Başqa bir ehtimala görə isə, A.Məmmədov neft biznesindən əldə etdiyi gəlirləri SOCAR-ın “qara kassa”sından gizlətdiyinə görə, biznes tərəfdaşlarının sanksiyasına məruz qalıb. Real vəziyyəti bilən A.Məmmdov məsələni hüquq müstəvisində həll etməkdən vaz keçib. Bəzi versiyalara görə, onun Şamaxı rayon İcra Hakimiyyəti başçısı postundan uzaqlaşdırılması da bu amillə – “qara kassa”dan pul gizlətməsi ilə bağlıdır”.

og

 

Asif Salman oğlu Məmmədov 1962-ci ildə Lerikdə doğulub. 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi Kitabxanasında salon müdiri kimi başlayıb. Sonralar “Əzizbəyovneft” və H.Z.Tağıyev adına NQÇİ-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, Kaspi-Yıldız” Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2011-ci illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il aprel ayının 21-dən 2013-cü il fevral ayının 15-dək isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

İqbal Məmmədov

 

A.Məmmədov Milli Məclisin üzvü, “Kaspi-Yıldız” şirkətinin sahibi İqbal Məmmədovun qardaşıdır. Hər iki qardaşın biznes karyerası SOCAR-la bağlı olub.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın