Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / “Araz” marketin iki işçisi bıçaqlandı

“Araz” marketin iki işçisi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” marketə oğru girib. Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları – 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …