Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Kriminal / Anar Xələfov Azərbaycana ekstradisiya edildi

Anar Xələfov Azərbaycana ekstradisiya edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Anar XələfovQazaxıstan Respublikasında saxlanılıb. A.Xələfov Azərbaycana ekstradisiya olunub.

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi və Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Rəşad Bayramov saxlanılıb.

Həmçinin oxuyun

Azərbaycanlı vəkil həbs edildi – keçmiş prokurorun 10 il əvvəl etdiyi şikayəti əsasında

Azərbaycanlı vəkil və tanınmış hüquq müdafiəçisi Mustafa Türk Həmədani həbs edilib.Axar.az xəbər verir ki, bu barədə …