Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb

Noyabrın 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il noyabrın 1-dək  94.727.254,86 AZN, 213.577,88 ABŞ dolları, 13036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək  94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olmuşdu.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …