Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar -FOTO

Anar Məmmədxanovun xanımının 2 min manatlıq itini oğurladılar -FOTO

Bakıda “caucau” cinsli it oğurlanıb. Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Paytaxt sakini, 1970-ci il təvəllüdlü İradə Məmmədxanova polisə müraciət edərək bildirib ki, “caucau” cinsli iti bağ evinin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, iti oğurlanan qadın “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, mərhum deputat Anar Məmmədxanovun həyat yoldaşıdır.

Onu da bildirək ki, “caucau” cinsi itlərin qiyməti 2 min manatdan yuxarıdır.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …