Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və
Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi,
general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi
keçirilib.
APA-nın
xəbərinə görə, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə
keçirilən prosesdə elan olunub ki, Akif Çovdarov kassasiya şikayətini
geri götürüb.
Qeyd
edək ki, A. Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi
Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum
edilib, cinayət işi üzrə 33 milyon manatlıq dəyərində olan əmlaklarının
əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat
verilib. Hökmdən narazı qalan A. Çovdarov və zərərçəkmiş şəxslərin bir
qismi apelyasiya şikayəti verib. Bundan başqa, A. Çovdarovun ailə
üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları –
Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə
müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A. Çovdarov və digərlərinin
apelyasiya şikayətini təmin etməyib.
Həmçinin oxuyun
Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi
Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …