Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / 5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

5 ildə 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

Səmərəli beynəlxalq əməkdaşlıq çərçivəsində ötən beş il ərzində 160-dək cinayətkarın Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirlik cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra Asiya, Afrika və Ərəb dövlətləri ilə ikitərəfli müqavilələr bağlayıb.

Bütün bunlar cinayətkarların özünü təhlükəsizlikdə hiss etmələrinin qarşısını alan çox mühüm təsirli mexanizm olmaqla cəzanın labüdlüyü prinsipini təmin edir.

Bundan əlavə, ölkəmiz 50 dövlət tərəfindən ratifikasiya olunmuş “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə, habelə MDB çərçivəsində müvafiq konvensiyalar üzrə səmərəli əməkdaşlıq edir.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …