Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / 25 yaşlı oğlan zorlamaq istədiyi qadının qohumları tərəfindən döyüldü

25 yaşlı oğlan zorlamaq istədiyi qadının qohumları tərəfindən döyüldü

Tovuz rayonunda qadına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxs döyülüb.

Trend xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Eldəniz Şəmil oğlu həmkəndlisi olan qadını zorlamağa cəhd edib.

Qadının yaxınları hadisədən xəbər tutub və E.Məmmədovu yaxalayıblar. E.Məmmədov bir neçə nəfər tərəfindən döyülüb. O, Tovuz Rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov polis nəzarəti altında tibbi müayinə olunub. Məlum olub ki, E.Məmmədovun burnu sındırılıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi başlanılıb və E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Özünü ölü kimi təqdim edən şirkət direktoruna 8 il cəza verildi

Avtomobilinə heyvan sümükləri yığıb yandıraraq, özünü yanğın zamanı maşında ölmüş kimi təqdim edən Rafət Qəniyevin …