Cümə , Aprel 26 2024
Ana səhifə / Kriminal / Əli Kərimlinin müavini həbsxanada qaldı

Əli Kərimlinin müavini həbsxanada qaldı

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmaması haqda Nəsimi Rayon Məhkəməsinin qərarını qanuni sayıb. Bunu G.Bayramlının vəkillərindən biri Zibeydə Sadıqova bildirib.

Vəkil deyib ki, noyabrın 7-də Nəsimi Rayon Məhkəməsi G.Bayramlının barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətini rədd edib. Bakı Apellyasiya Məhkəməsi də həmin qərardan verilmiş şikayətə baxıb.

Xatırladaq ki, AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanılıb. Mayın 26-da Səbayel Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu müddət daha iki dəfə uzadılıb.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …