Ana səhifə / Köşə Yazarları / MTRŞ-dən İTV-nin rəhbəri ilə bağlı açıqlama

MTRŞ-dən İTV-nin rəhbəri ilə bağlı açıqlama

İctimai Televiziya və Radio Yayımı haqqında Azərbaycan Respublikasının Qanununun 21.9-cu maddəsinin tələbinə əsasən İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırki baş direktoru müsabiqədə iştirak edə bilər.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyət müddəti aprelin 23-də başa çatır.

T. Məmmədov qeyd edib ki, MTRŞ-da texniki və təşkilati işlər həyata keçirildikdən sonra İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası müsabiqədə iştirak edəcək şəxslərdən bir nəfəri baş direktor vəzifəsinə seçəcək.

Qeyd edək ki, MTRŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın