Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Köşə Yazarları / AMEA-nın bəzi alimləri erməni yalanlarını ifşa etməkdən niyə qorxur?

AMEA-nın bəzi alimləri erməni yalanlarını ifşa etməkdən niyə qorxur?

Bugünlərdə “Erməni yalanları” adlı bir tədbirə dəvət almışdım. Getdim ki, zal doludur. Rəyasət heyətində adlı-sanlı akademiklər əyləşmişdi. Dəyirmi masanın ətrafı QHT rəhbərləri tərəfindən tutulmuşdu. Bizə yer olmadığı üçün, 3 -cü sırada əyləşməli olduq.

Tədbir başladı, bir iki akademik məruzədən sonra, alimlərimiz və bəzi QHT rəhbərləri ağız-ağıza verərək, erməni yalanlarının geniş vüsət almasında jurnalistləri qınamağa başladılar. Tam olaraq günümüzün reallıqlarına uyğunşəkildə danışırdılar.

Çünki son vaxtlar görürük ki, kim oğlan əvəzinə qız doğursa və ya hansı müğənni bəmdən yox, zildən oxuyursa , hansısa millət vəkili ponos olursa, bütün bunların günahını zavallı jurnslistlərdə görürlər. Bir sözlə, hər yanımızdan keçən başımıza bir qapaz vurmağa öyrəşib.

Elə bir gün əvvəl jurnalist fəaliyyətimdə rastlaşdığım bir situasiya məni həmin tədbirdə çıxış etməyə vadar etdi. Aşağıdakı faktı tədbir iştirakçılarının diqqətinə çatdırdım:

Ermənistan mətbuatında belə bir yazı getmişdi ki, düşmənlərimiz Tərtərin işğal altında olan Madagiz kəndində böyük kömür yataqları tapıblar.

Bildirirdilər ki, “kəşf etdikləri ” 400 min ton kömür ehtiyatından yanacaq almağı planlaşdırırlar. Hətta qeyd edirdilər ki, bu işə Ermənistan alimlərini də cəlb ediblər. Bunun yalan olduğu ilk andan görünürdü.

Çünki biz bilirdik ki, Azərbaycanda kömür yataqları yoxdur. Ancaq bu yalanı ifşa etmək üçün, elmi yanaşma ortaya qoyulmalıydı.

AMEA-nı bir-birinə vurandan sonra çətinliklə bir geoloq və bir kimyaçı alim nömrəsi tapdıq. Onlardan biri Azərbaycanın həmin ərazisində kömür yataqlarının olub-olmamsına, digəri isə kömürdən yanacağın alınmasının mükünlüyünə aydınlıq gətirməliydi.

Geoloq dedi ki, ermənilər qələt edir, orda kömür zad yoxdu, olsa-olsa yanar şist deyilən bir element var. Kimyaçı alimi isə dedi ki, həmin materialdan yanacaq almağa çox böyük vəsait lazımdır. Ermənistan kimi dilənçi ölkə bunu etmək gücündə ola bilməz.

Hər ikisi biləndə ki, bunu erməni iddialarına cavab olaraq araşdırırıq, təkidlə xahiş etdilər ki, yazıda onların adını çəkməyək. Çox əsəbləşdim və alimlərlə bir az sərt danışdım.

Həmin dialoqun məzmununu bura yazmıram. Etdiyim haqlı qınağa görə birtəhər adlarının qəzetdə çəkilməsi ilə razılaşdılar.

Bu hadisəni olduğu kimi tədbirdə danışıb, zala xitabən dedim: indi görün, erməni yalanlarının baş alıb getməsində jurnalistlər çox günahkardı, yoxsa alimlər?

Dövlətdən qrant alıb güya erməni yalanları ilə “mübarizə” aparan bəzi QHT-lərin də əsassız fikirlərini cavabsız qoymadım.

Yadlarına saldım ki, gedib Türkiyədə oxuyan azərbaycanlı tələbələri yığıb onlara zalda erməni yalanlarından danışmaqla iş bitmir. Bununla yalnız dövlətdən alınan qrantı fırıldaqla mənisəmək olar…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …