Cümə axşamı , May 9 2024
Ana səhifə / İqtisadiyyat / Xamenei: “ABŞ-ın əvvəlki rəhbərliyi İŞİD-i yaratdı, indiki də güclənməsinə köməklik edir”

Xamenei: “ABŞ-ın əvvəlki rəhbərliyi İŞİD-i yaratdı, indiki də güclənməsinə köməklik edir”

Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu.

“Report” xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı deyib.

“Amerikalıların etdikləri onların növbəti strateji səhvidir. Onlar bu səhvləri təkrarlamaqda davam edirlər. ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indiki Amerika rəsmiləri də bu və bu kimi qruplaşmaların güclənməsinə köməklik göstərirlər”, – deyə o bildirib.

Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə bu qruplaşmalar amerikalıların özlərinin yaxasından yapışacaqlar.

“Bu gün Avropa ekstremizmin güclənməsinə gətirib çıxaran səhvlərinin əvəzini verir. İnsanlar artıq nə evdə, nə də küçədə özlərini təhlükəsiz hiss etmirlər. ABŞ da eyni səhvləri təkrar edir”, – deyə Xamenei vurğulayıb.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …

Bir cavab yazın