Ankarada hərbi çevriliş cəhdi zamanı saxlanılan 21 hərbi hakim və prokurordan 16-sı həbs olunub.
“Anadolu” xəbər verir ki, ilkin araşdırmadan sonra 5 nəfər sərbəst buraxılıb, digər şəxslər barəsində isə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 2847 hakim və prokuror tutduqları vəzifələrdən kənarlaşdırılıb.
Ümumilikdə, Türkiyədə hərbi çevrilişin qarşısı alındıqdan sonra 40 min nəfər saxlanılıb, 20 min nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib.