Ana səhifə / İqtisadiyyat / Tramp gileyləndi: Obama özündən sonra “tör-töküntü” qoyub

Tramp gileyləndi: Obama özündən sonra “tör-töküntü” qoyub

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada “tör-töküntü” qalıb.

Bu barədə Tramp CNN telekanalı ilə yayımlanan mətbuat konfransında deyib.

Tramp bildirib: “Bildiyiniz kimi, administrasiyamıza hökümətdə, eləcə də iqtisadiyyatda çoxsayda problem miras qalıb”.

Daha sonra ABŞ prezidenti əlavə edib: “İstər evin içində, istər xaricdə tör-töküntüdür – iş yerləri ölkədən çıxır, aşağı əmək haqqı, Yaxın Şərq, Şimali Koreya, hara baxırsan bax, özbaşınalıqdır. Biz bunun hamısını qaydaya salacağıq”.(Trend)

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın