Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Şəmkirdə heyvanlarda naməlum xəstəlik: baytarlar da çarə tapa bilmir

Şəmkirdə heyvanlarda naməlum xəstəlik: baytarlar da çarə tapa bilmir

Şəmkirli fermer Həbib Hüseynovun təsərrüfatında son günlər onlarla xırda buynuzlu heyvan tələf olub. 10 ilə yaxındır ki, maldarlıqla məşğul olsa da, ilk dəfədir bu qədər ziyana düşür.

Qoyunlar naməlum səbəbdən kütləvi şəkildə tələf olur. Baytarlar da çarə tapa bilmirlər.

Fermerin sözlərinə görə, son 19 gündə təxminən 160-dan çox qoyunu hələlik məlum olmayan səbəbdən tələf olub. Çarəsiz vəziyyətdə qalan Həbib Hüseynov əlaqədar dövlət qurumlarına müraciət etsə də, heyvanların dərdinə çarə tapa bilmir. Sahibkar son iki həfətədə təxminən 30 min manatdan çox zərər çəkdiyini deyir.

Baytarların dediklərinə əməl etməsinə baxmayaraq, sahibkarın təsərrüfatında hər gün ən azı 5-10 arası qoyun tələf olur. Şəmkir Rayon Baytarlıq Xidmətinin rəis əvəzi Məmməd Qasımovun sözlərinə görə, son 5 gün ərzində təsərrüfat onun nəzarətindədir. Hətta, mövcud problemlə bağlı Bakıdan təcrübəli baytar da əraziyə ezam olunub.

Hazırda şəmkirli sahibkarı əsas bir məqam maraqlandırır, ona dəyən külli midarda maddi ziyan kompensasiya olunacaqmı?

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın