Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Tehranda seriya terror hücumları: “İmam Xomeyni” metro stansiyasında da partlayış oldu

Tehranda seriya terror hücumları: “İmam Xomeyni” metro stansiyasında da partlayış oldu

Tehrandan son dəqiqələrdə daha bir həyacanlı məlumat daxil olub. Bir sıra KİV-lər xəbər verir ki, İran paytaxtının “İmam Xomeyni” metro stansiyasında da partlayış törədilib. Partlayışı intiharçı-terrorçunun törətdiyi bildirilir. Təfərrüatlar məlum deyil.

“Fars” agentliyi xəbər verir ki, İran parlamentinin binasına soxulan və bir neçə adamı girov götürən terrorçulardan birinin üzərində bomba var. Hazırda o, təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Terrorçuların əllərində neçə girovun olduğu barədə məlumat yoxdur.

*   *   *11:23

İranın yarırəsmi “Fars” agentliyi Tehranda baş verənlərin mütəşəkkil terror hücumları olduğunu bildirir. Agentliyin məlumatına görə silahlılar eyni zamanda bir neçə dövlət binasına hücum edib, atışmalar zamanı ölən və yaralananların sayı 8-yə çatıb. Xomeyninin movzeleyi qarşısında etışma ilə yanaşı partlayış da baş verib. Ölənlər var. Habelə silahlı şəxs mavzoleyi ziyarət edənlərə rast gələ atəş açıb. Mavzoleyə 3 terrorçunun hücum etdiyi bildirilir, onlardan biri özünü partladıb. Mavzoleydə 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı xəbər verilir. Lakin ölənlərin sayı daha çox ola bilər. Parlamentdə girovların saxlanıldığı barədə də yeni xəbərlər var. Virtualaz.org qeyd edir ki, bu hadisələr Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb ölkəsinin İranla tərəfdaşlığa görə Qətərlə əlaqələri kəsməsinin ardınca baş verir.

*   *   *11:12

İran xüsusi xidmət orqanları parlament binasında insident zamanı girov götürülənlərin olduğunu təsdiqləmir. Bununla belə məlumdur ki, atışma zamanı parlament binasının mühafizəçisi həlak olub, üç nəfər yaralanıb. Hücum edənin kimliyi, hansı təşkilata mənsub olduğu barədə məlumat verilmir.

Digər atışma isə Xomeyninin movzeleyində baş verib. Naməlum silahlı şəxsin Tehranın cənubunda Xomeyninin movzeleyində atış açdığı bildirilir. Xəsarət alanlar haqda məlumat yoxdur. Digər xəbərə görə atış açan şəxs saxlanılıb. İran rəsmi qaynaqları baş verənlər barədə hələlik məlumat yaymayıb.

*   *   *10:32

İran parlamentində atışma olub.

Virtualaz.org bildirir ki, bu barədə “Tasnim” agentliyi Twitter səhifəsində xəbər paylaşıb.

Hadisə nəticəsində ən az iki nəfərin güllə yarası aldığı və bir neçə nəfərin girov götürüldüyü bildirilir.

 

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın