Ana səhifə / İqtisadiyyat / Sığorta yığımları artıb

Sığorta yığımları artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 338 milyon 307 min manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 220 milyon 980 min manat sığorta haqqı toplanılıb.

Azinforum.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 35.9% və ya 89 milyon 292 min manat, qeyri-həyat sığortası üzrə yığımlar isə 16.5% və ya 31 milyon 285 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 25.8% artaraq 166 milyon 259 min manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 0.9% artaraq 55 milyon 66 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-iyul aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 49.1 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 7 ayında 20.7 manata bərabər olub. Cari ilin yanvar-iyul aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24.9 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 28.8 manata bərabər idi.

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …