Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Sahibkarlara şad xəbər: Hökumət ciddi güzəştə hazırlaşır…

Sahibkarlara şad xəbər: Hökumət ciddi güzəştə hazırlaşır…

Azərbaycan hökuməti kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması imkanını nəzərdən keçirir.

Bu barədə Teleqraf.com-a hökumətdəki mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, güzəştlər əsasən mənfəət və gəlir vergilərinə şamil olunacaq: “Yeni güzəştlər bu vergilərdən qismən və müəyyən müddətə azad edilməni nəzərdə tutur. Hələlik kiçik və orta biznes subyektlərinin vergilərdən tam azad olunması barədə söhbət getmir”.

Eyni zamanda mənbə qeyd edib ki, kiçik və orta sahibkarlığa dəstək verilməsi ilə bağlı müxtəlif təkliflər hökumət tərəfindən nəzərdən keçirilir.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …