Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Mümkün variantlardan biri də İran qazının Azərbaycan üzərindən qoca qitəyə çatdırılmasıdır

Avropa Ukraynaya hücümuna görə Qərbin ən ağır sanksiyaları ilə üzləşən Rusiya qazından asılılığı minimuma endirmək üçün fəaliyyətləri genişləndirir. Bura ilk növbədə anbarlarda təhlükəsizliyi təmin edəcək həcmdə qaz ehtiyatının toplanması daxildir. “Gas Infrastructure Europe”nin məlumatına əsasən mayın 15-dək qitənin yeraltı anbarları 40 faizdən yuxarı qazla doldurulub. Martın 19-dan başlanan proses indiyədək görünməmiş sürətlə həyata keçirilir. Hazırda anbarlarda 42,66 milyard kubmetr qaz var. Bunun 7,8 milyard kubmetri may ayının 2 həftəsində doldurulub. Avropa İttifaqının qərarına əsasən oktyabrın 1-dək anbarların 80 faiz, noyabrın 1-dək isə 90 faiz dolması təmin edilməlidir. Avropa ölkələrindən Portuqaliya anbarlarını 89,31 faiz, Polşa 87,88 faiz, Almaniya 41,46 faiz, Fransa 42,24 faiz, İtaliya 44,22 faiz, Niderland 32,33 faiz, Bolqarıstan 20,7 faiz, Macarıstan 25,13 faiz, Avstriya 26,06 faiz, Çexiya 51,53 faiz, Belçika 24,33 faiz doldurub.

Diqqəti cəlb edən məqam budur ki, bu ehtiyatların yaradılmasında maye qazın payı sürətlə artır. Mayın 2 həftəsində anbarlara vurulan 7,8 milyard kubmetrin 5,26 milyard kubmetri məhz maye qaz terminallarından daxil olub. Hazırda Avropada maye qaz ehtiyatı ötənilkindən 2 faiz yüksəkdir. Maye qazın boru qazına çevrilməsi potensialından 59 faiz istifadə olunmaqdadır. Hava şəraitinin istiləşməsi qaza tələbatın azalmasını və qiymətlərin 5 faizə yaxın azalmaqla min kubmetr üçün 960 dollara düşməsini şərtləndirib.

Ehtiyatların yaradılması ilə yanaşı Avropa Rusiya qazına alternativlər tapmaq istiqamətində də aktiv iş aparır. Artıq hər kəsə aydındır ki, yaxın 2-3 il ərzində Avropa Rusiya qazından tamamilə imtina edəcək. Hətta Ukraynada müharibə dayansa belə, Avropanın Rusiya kimi aqressordan enerji asılılığının qalmasına imkan verməyəcəyini görən qaz ehtiyatları ilə zəngin ölkələr açılacaq əlverişli bazarda yer tutmaq üçün hərəkətə keçiblər. Bu baxımdan, əsas diqqət Yaxın Şərqə yönəlib, çünki dünyanın ən böyük qaz yataqları məhz bu bölgədə yerləşir.

Ötən ilin payızında Rusiyanın Ukraynaya hücuma hazırlaşması, həmçinin Avropaya qaz satışını kəskin azaltması fonunda  ABŞ və Avropa İttifaqı alternativ mənbələr tapılması üçün aktiv fəaliyyətlərə başlayıblar. Bu çərçivədə atılan addımlardan biri də Yaxın Şərqin qaz ehtiyatları olan ölkələri arasında münasibətlərin istiləşməsi prosesinə dəstəyin verilməsidir. Artıq dünyanın ən böyük qaz ehtiyatlarına malik İranla Küveyt və Səudiyyə Ərəbistanı arasında münasibətlər sürətlə istiləşir. Bu ölkələr Fars körfəzində yerləşən mübahisəli “Durra” qaz yatağı ilə bağlı razılaşmanın bir addımlığındadır. Üç dövlət onilliklər boyu davam edən mübahisələrə son qoyaraq, yatağın birgə işlənməsi ilə bağlı ciddi irəliləyişlərə nail ola biliblər.

Məsələ burasındadır ki, Avropanın qaz bazarında boşalacaq yeri tutmağa qadir ölkələrdən biri, bəlkə də birincisi İrandır. Qətərlə birlikdə dünyada ən böyük qaz yatağı olan “Pars” yatağını işləyən İran hazırda dünya bazarına oradan hasil etdiyi maye qazı, həmçinin Türkiyəyə gedən boru xətti ilə boru qazı ixrac edir. Mart-aprel aylarında Qatarla İran yataqdan hasilatın artırılması üçün birgə fəaliyyət planını razılaşdırıblar. Fars körfəzindən Avropaya maye qaz ixracı sərfəli deyil: yol uzundur, tankerlərdə daşınan maye qazın buxarlanma əmsalı böyük olacaq. Lakin İranın artıq qaz həcmlərini Asiya bazarına yönəltməklə ABŞ-ın bu istiqamətdə boşalan həcmlərinin Avropaya istiqamətlənməsini təmin edə bilər.

İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək -  Azinforum.az İnformasiya Portalı

İran həmçinin Azərbaycana qaz ixrac  həcmini artırmaq niyyətindədir. İranın  Milli Qaz Şirkətinin (NIGC) sədri Məcid Çeqini maraqlı açıqlama verib. O qeyd edib ki, İran təbii qazın Azərbaycana ixracı üçün lazımi tədbirlər görəcək: “İran digər ölkələrlə qaz ticarətinin bərpası üçün lazımi səyləri göstərəcək, qazın qonşu ölkələrə, o cümlədən Türkiyə, İraqa da ixracı üçün lazımi tədbirlər görəcək. Türkiyə və İraqa qaz ixracına dair müqavilənin uzadılması üçün danışıqlar aparılır, hər iki ölkə qaz ixracının artırılmasını tələb edir”. Onun sözlərinə görə, Türkiyə və İraq İrandan qaz idxalını artırmağı xahiş edir: “Biz Türkiyə ilə danışıqlar aparırıq, onlar müqavilənin uzadılmasında maraqlıdırlar və İrandan qaz idxalı imkanlarının artırılmasını tələb edirlər. Mövcud imkanları nəzərə alaraq, potensialın artırılması üçün bütün səylərimizi göstərəcəyik”. Çeqini həmçinin bildirib ki, bu məsələ müzakirə olunur, işçi qrup yaradılıb və o, potensialını artıraraq, müqavilənin müddətinin uzadılmasına da çalışacaq. Qrupun ilk iclası müqavilənin yenilənməsinə həsr olunacaq: “İraqa qaz ixracına gəlincə, həmin ölkə də əvvəlki müqavilənin uzadılmasını istəyir”. Çeqini əlavə edib ki, İraqın ixrac müqaviləsi gələn il başa çatır, baxmayaraq ki, onlar uzadılmasını tələb ediblər.

Qeyd edilən fonda diqqət həm də ona yönəlir ki, ötən ilin dekabrında Azərbaycan Türkmənistanla təbii qaz mübadiləsinə dair saziş imzalayıb. Bu sazişə uyğun olaraq, Mərkəzi Asiya ölkəsi İranın şimal-şərqinə ildə 2 milyard kubmetrə qədər qaz verir,  İran isə ölkənin şimal-qərbindən Azərbaycana eyni həcmdə qaz ötürür. Aparılan hesablamalar göstərir ki,  bu mübadilə sazişinin həcmi ilk mərhələdə ildə 6 milyard kubmetrə qədər artırıla və əlavə qaz Azərbaycan üzərindən Avropaya çatdırıla bilər. Sonrakı mərhələdə bu həcmin 20 milyard kubmetrə kimi artırlması mümkündür.

İran Azərbaycana təbii qaz ixracı üçün tədbirlər görəcək » Reyting.az

İran həm də Türkiyəyə çəkilən və illik ötürmə gücü 10 milyard kubmetr olan kəmərin ikinci xəttini də çəkə bilər. Artıq mövcud olan marşrut üzrə bunu həyata keçirmək asan və tez başa gələ bilər. Lakin bunun üçün İrana qarşı ABŞ və Avropanın tətbiq etdiyi sanksiyaların aradan qaldırılması vacibdir. Hansı ki, bu istiqamətdə də müsbət dönüş müşahidə olunur. Belə ki, açıq hiss olunur ki, ABŞ İranın qaz ehtiyatlarının Avropaya yönləndirilməsində maraqlıdır. Vaşinqton yaxın müttəfiqi Qətər vasitəsilə İranın qaz yataqlarının işlənməsi prosesini sürətləndirməyə çalışır. Qətər əmiri Tamim bin Həmid Əl Tani mayın 12-də Tehrana səfər edib. Mayın 17-də isə ABŞ dövlət katibi Entoni Blinken Qətərin xarici işlər naziri ilə telefon danışığı zamanı İran məsələsini də müzakirə edib.

Avropanın alternativ axtarışlarında diqqəti cəlb edən istiqamətlərdən biri də İsraildir. Bu ölkənin axır onilliklərdə aşkarlanan iri qaz ehtiyatları var. 2014-2015-ci illərin Ukrayna böhranı zamanı İsrail qazının Türkiyə üzərindən Avropaya çatdırılması məsələsi geniş müzakirə olunub. Hətta İsraillə Türkiyə arasında da danışıq və müzakirələr aparılıb. Lakin sonradan bu iki ölkə arasında münasibətlər kəskinləşdiyinə görə müzakirələr də dayandırılıb. Lakin ötən ilin payızından etibarən yenidən bu variant gündəmə gətirilib. Bu ilin ötən dövründə İsrail-Türkiyə münasibətlərində ciddi dönüş yaranıb, qarşılıqlı səfərlər başlayıb. Bu isə İsrailin “Leviafan” yatağından çıxarılacaq qazın Türkiyəyə, oradan isə Avropaya çatdırılması perspektivini daha real edir.

Bu, Avropanın enerji təhlükəsizliyinin vacib elementidir"

Türkiyə Avropaya enerji tranziti habına çevrilməklə yanaşı, özü də Aralıq dənizində geoloji-kəşfiyyat işlərini genişləndirir. Ölkənin Cənubi Koreyada sifariş etdiyi yeni qazma gəmisi mayın 19-da Türkiyəyə çatmalıdır. İyuldan isə onun Aralıq dənizi hövzəsində dərinsulu ərazilərdə geoloji kəşfiyyat və qazma işlərinə başlaması nəzərdə tutulur.

Göründüyü kimi, Rusiyanın Avropa qaz təchizatındakı yerini tutmağa çalışanlar çoxdur. Müşahidələr deməyə əsas verir ki, yaxın illərdə bu sahədə ciddi proseslərin şahidi olacağıq. Musavat.com

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …