Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyalı yazıçı Ukraynadan siyasi sığınacaq istədi

Rusiyalı yazıçı Ukraynadan siyasi sığınacaq istədi

Ukrayna-Belarus sərhəddində Rusiyadan olan yazıçı və ictimai xadim siyasi sığınacaq üçün müraciət edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, Rusiya vətəndaşı bu istəyini “Novıe Yariloviçi” keçid məntəqəsində sərhəd yoxlamasından keçən zamanı açıqlayıb.

“O, Çerniqov sərhəd dəstəsinə Rusiyada təqib olunduğu üçün Ukrayna ərazisində qaçqın statusu almaqdan ötrü müraciət edib”, – məlumatda vurğulanır.

Ukrayna KİV-i yazır ki, rusiyalı tanınmış yazıçı və ictimai xadimdir. O, Rusiyada Putin siyasi rejiminə fəal etiraz edənlərdən biridir. Anvaq onun adı və soyadı, eləcə də digər məqzamlarla bağlı məlumat verilmir.

Onun Ukrayna Miqrasiya Xidmətinə verildiyi bildirilir.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …

Bir cavab yazın