Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Azərbaycan tarixində ilk dəfə olaraq olimpiadanı 18 medalla başa vurur

Azərbaycan tarixində ilk dəfə olaraq olimpiadanı 18 medalla başa vurur

Azərbaycanın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanacağı medal sayı müəyyənləşib.

“Report”un məlumatına görə, ölkə yığması tarixində ilk dəfə olimpiadanı 18 medalla başa vurmaq üzrədir.

Bu isə ən yüksək göstəricinin qeydə alındığı “London-2012” ilə müqayisədə 80 faiz çoxdur. Hələlik 15 idmançının tutduğu yer dəqiqdir. Taekvondoçu Radik İsayev (+80 kq) qızıl, cüdoçulardan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) gümüş medal qazanıb. Bürünc medalları isə sərbəst güləşçilər Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq), yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), qadın güləşçi Natalya Sinişin (53 kq), taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beigi Harçeqani (80 kq), həmçinin kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) və boksçu Kamran Şahsuvarlı (75 kq) əldə edib.

Daha 3 medalın əyarı isə hələ dəqiqləşməyib. Qarşıda sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumovu (97 kq), eləcə də boksçu Lorenso Sotomayoru (64 kq) final görüşü gözləyir. Onların bürünc medal qazanmayacaqları dəqiqdir.

Qeyd edək ki, hazırda Azərbaycan medal sayında (18) Hollandiya və Braziliya ilə birgə 12 – 14-cü pillələri bölüşür.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın