Ana səhifə / İqtisadiyyat / Rusiya təyyarəsini vuranı tapana 50 milyon dollar verəcək

Rusiya təyyarəsini vuranı tapana 50 milyon dollar verəcək

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiyanın sərnişin təyyarəsinin Misirin Sinay yarımadasında partlayışa cəlb olunan terrorçuların tapılmasına kömək edəcək informasiyaya görə 50 milyon dollar mükafat təyin edib.

Virtualaz.org “RİA-Novosti”-yə istinadən bildirir ki, bu barədə FTX-nin ictimai əlaqələrinin mərkəzindən bildirilib.

Qeyd edək ki, FTX-nin başçısı Aleksandr Bortnikov Rusiya təyyarəsinin terror aktının qurbanı olduğunu təsdiqləyib.

Onu da xatırladaq ki, “Koqalımavia” şirkətinə məxsus “Airbus 321” layneri oktyabrın 31-də Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçarkən Sina yarımadasının şimalında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlardan heç biri sağ qalmayıb.

Həmçinin oxuyun

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir. Bunu maliyyə naziri Samir Şərifov …

Bir cavab yazın