Ana səhifə / Siyasət / Burada bina tikmək olmaz… – Hər an sürüşə bilər+Video

Burada bina tikmək olmaz… – Hər an sürüşə bilər+Video

“Əraziyə baxan seysmoloji xidmətin işçilərindən biri digərinə pıçıldadı ki, bunların başı xarab olub deyəsən, burada bina tikmək olmaz”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Yasamal rayonu, Mirəli Seyidov küç. 41 ünvanındakı bina sakini Anar Əlisəfazadə redaksiyamıza şikayəti zamanı deyib. Şikayətçinin sözlərinə görə, binalarının qarşısındakı yaşıllıq zolağını tamam qırıb yerində yüksəkmərtəbəli bina tikirlər: “Bir müddət əvvəl həyətyanı sahəsində ağacları qırmağa başladılar. Əvvəl soruşanda abadlıq quruculuq işləri aparıldığını deyirdilər, sonradan isə balaca bir restoran tikiləcəyini bildirdilər. İndi isə öyrənmişik ki, ərazidə hündürlüyü 31 m olan 7 mərtəbə + mansar bina tikiləcək. Texniki tərəfdən tikinti üçün nəzərdə tutulan sahə bizim və qarşıdakı beşmərtəbəli binaya çox yaxındır (5-6 m) və hər iki binadan hündürdür. Qanunlara görə də bu qədər yaxın məsafədə bina tikmək olmaz.

Bundan başqa, bir neçə ay əvvəl seysmoloqlar ərazidə baxış keçirən zaman söhbətlərinə şahid oldum. Danışırdılar ki, burada bina tikmək olmaz. Bizim hazırda yaşadığımız bina qayanın üstündə tikilib. Hər hansı bir tikinti işi getsə, torpaqda sürüşmə halı yaşana bilər. Yaşıllıq qırılan zaman şikayət edəcəyimizi bildirdik, onlar da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə cəriməni ödəndiklərini dedilər. Əraziyə polis çağırdıq, FHN-ə zəng vurduq, heç kim bir şey etmədi. Neçə dəfə soruşsam da, tikinti işlərini kimin apardığını bizə demirlər. Yenə danışdıqarı zaman eşitdim ki, Hüseyn adlı bir şəxsə məxsusdur, o da FHN-də ya şöbə, ya da idarə rəisidir”.

A. Əlizadənin sözlərinə görə, tikinti işləri aparılan zaman bütün bina silkələnir: “Səhər-axşam, gecələr də ərazidə qazıntı işləri aparılır. Bayaq da qeyd etdiyim kimi, binamız qayanın üstündə tikilib, onlar tikinti üçün qayanı çapanda ev silkələnir. Stolun üstündəki qablar bir-birinə dəyir, serevantdakı qablar yerə tökülməsin deyə qarşısını bağlamışıq. Səsdən dayanmaq mümkün deyil. Neçə qonşu evini kirayə verib köçüb. Evimizdə balaca uşaq var, onun yatması üçün hər gün axşamlar başqa yerə getmək məcburiyyətində qalırıq. Qanun var, qayda var. Bu bina koperativin binasıdır və müəllimlər üçün tikilib və hər kəs ev aldığı zaman rahat yaşamaq istəyir. Yaşıllığı tamam məhv ediblər, rahatlığımızı əlimizdən alıblar, hələ bir şikayət edəndə təhqiramiz sözlər eşidirik. Media vasitəsilə bina sakinləri adından aidiyyatı qurumlara müraciət edib problemin tez bir zamanda həllini tapmasını tələb edirəm”.

Qeyd edək ki, məlumat lövhəsində 41 E ünvanında yaşayış binasının tikildiyi bildirilib. Tikintinin sifarişçisi “Fobos Palace” MMC, layihəçisisi isə “Feniks AA” MMC-dir.

 

Burada bina tikmək olmaz... -  Hər an sürüşə bilər+Video
Burada bina tikmək olmaz... -  Hər an sürüşə bilər+Video
Burada bina tikmək olmaz... -  Hər an sürüşə bilər+Video
Burada bina tikmək olmaz... -  Hər an sürüşə bilər+Video
Burada bina tikmək olmaz... -  Hər an sürüşə bilər+Video

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın