Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat / “Qayalı”dan Azinforum.az-ın reportajına reaksiya: “Kobudluq edən əməkdaşla bağlı müvafiq tədbir görülüb…”

“Qayalı”dan Azinforum.az-ın reportajına reaksiya: “Kobudluq edən əməkdaşla bağlı müvafiq tədbir görülüb…”

Bir neçə gün əvvəl, Sumqayıt şəhərində yerləşən “Qayalı” marketlə bağlı saytımızda yayılan videosüjetə sözügedən ticarət şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Şirinov tərəfindən açıqlama verilib. Saytımızın elektron ünvanına göndərilən həmin məlumatı olduğu kimi təqdim edirik:
“Müştərinin məhsulla bağlı iradına cavab olaraq bildiririk ki, “Zefir” adlı məhsula bağlı yaranan anlaşılmazlıq yerindəcə həll edilib. Həmin məhsul müştəriyə qaytarılmış və 4.75 qəpik vəsait müştəriyə geri ödənilib. Müştərinin işçilərin kobud münasibətindən etdiyi şikayət də tərəfimizdən araşdırılıb. Müştəri məmnuniyyətini nəzərə alaraq, qeyd edilmiş şəxs barəsində müvafiq tədbir görülüb. Sujetdə qeyd olunmuş 3 azyaşlının marketdə saxlanılması ilə bağlı məsələyə aydınlıq üçün bildiririk ki, həmin 3 azyaşlı şəxslər mağazadan oğurluq etdikləri səbəbindən valideynləri və polis əməkdaşları mağazaya dəvət olunmuş və uşaqlar öz valideynlərinə təhvil verilib. Süjetdə qeyd olunan toy məsələsilə bağlı xatırladırıq ki, pandemiya dövründə kütləvi toylara icazə verilmədiyi üçün , operativ qərargahın qoyduğu qaydalara uyğun olaraq, qonaqlar 3 hissəyə bölünmüş və məclis 70-80 nəfər olmaq şərti ilə, ara məsafəsi saxlanılmaqla 3 gün müddətində həyata keçirilib. Xatırladaq ki, hər iki məsələ ilə bağlı “Qayalı” Marketlər Şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsi olaraq zamanında mətbuata açıqlama vermişik”.

Azinforum.az-dan: Tərəfimizdən təqdim olunan videoreportajdakı tənqidlərə verilən operativ reaksiyaya görə marketlər şəbəkəsinə minnətdarlığımızı bildiririk. Oğurluq edən azyaşlı uşaqların mağazada saxlanılması və pandemiya dönəmində keçirilən toyla bağlı məlumatların ilkin mənbəyi isə biz deyilik. Həmin məlumatları biz mediada yayılan xəbərlər əsasında təqdim etmişik.

Azinforum.az

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …