Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Qanuna edilən dəyişiklik banklara inamı bərpa edəcəkmi – ŞƏRH

Qanuna edilən dəyişiklik banklara inamı bərpa edəcəkmi – ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə  əsasən Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il – gələn il martın 4-nə qədər artırılıb.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu dəyişiklik vətəndaşların banklara olan inamının bərpasında stimullaşdırıcı addımdır:

“Bu qərar vətəndaş bank arasında olan münasibətlərə istilik gətirəcək. Hazırda bu qəbildən verilən qərarlara ehtiyyac var. Nəzərə almaq lazımdır ki, ölkədə baş verən iki devalvasiyada əsas zərbə bank sektoruna dəydi. Məhz o dövrdən sonra banklara qarşı vətəndaşlarda inamsızlıq yarandı. Şübhəsiz ki, ölkə başçısı tərəfindən bu istiqamətdə verilən qərarlar vətəndaş və bank arasında münasibətlərin bərasına müsbət təsir edəcək”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …