Ana səhifə / İqtisadiyyat / Putin sabah MDB xüsusi xidmətlərinin rəhbərləri ilə görüşəcək

Putin sabah MDB xüsusi xidmətlərinin rəhbərləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin sabah MDB xüsusi xidmətlərinin rəhbərləri heyətini qəbul edəcək, onlarla Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.

“Putin MDB-yə üzv olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Moskvada keçiriləcək 39-cu iclasında iştirak edən heyətlərinin rəhbərlərini qəbul edəcək”, – məlumatda vurğulanır.

Mətbuat xidmətində dəqiqləşdiriblər ki, görüş zamanı MDB ölkələri ərazisində terror əleyhinə fəaliyyətin əsas aspektləri və Suriya, eləcə də Əfqanıstanda təlimlər keçmiş terror təşkilatı və qruplaşmaları ilə mübarizə məsələləri də müzakirə ediləcək.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın