Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / İqtisadiyyat / Putin sabah MDB xüsusi xidmətlərinin rəhbərləri ilə görüşəcək

Putin sabah MDB xüsusi xidmətlərinin rəhbərləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin sabah MDB xüsusi xidmətlərinin rəhbərləri heyətini qəbul edəcək, onlarla Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcək.

Virtualaz.org Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.

“Putin MDB-yə üzv olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının Moskvada keçiriləcək 39-cu iclasında iştirak edən heyətlərinin rəhbərlərini qəbul edəcək”, – məlumatda vurğulanır.

Mətbuat xidmətində dəqiqləşdiriblər ki, görüş zamanı MDB ölkələri ərazisində terror əleyhinə fəaliyyətin əsas aspektləri və Suriya, eləcə də Əfqanıstanda təlimlər keçmiş terror təşkilatı və qruplaşmaları ilə mübarizə məsələləri də müzakirə ediləcək.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir – ŞƏRH

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar-iyun aylarında büdcə gəlirləri 10 milyard 698 …

Bir cavab yazın