Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Özbəkistan Qarabağda infrastruktur layihələrinə sərmayə qoyacaq

Özbəkistan Qarabağda infrastruktur layihələrinə sərmayə qoyacaq

Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastruktur layihələrinə sərmayə qoyacaq.
Bu barədə Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər nazirlərinin Daşkəndə keçirilmiş ilk üçtərəfli görüşünün yekununda imzalanmış Daşkənd Bəyannaməsində qeyd olunub. “Tərəflər Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgələrinə investisiya qoyaraq Azərbaycanın döyüşlərdən sonrakı reabilitasiya, yenidənqurma və reinteqrasiya səylərinə töhfə verməyin önəmini vurğulayırlar və Azərbaycan tərəfi, türk və özbək şirkətlərinin Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və yenidənqurması istiqamətində infrastruktur layihələrində iştirakını təqdir edir”, – sənəddə deyilir.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …