Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / OPEC Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

OPEC Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

OPEC Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün yeni perspektivləri araşdırmaq niyyətindədir.

Bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo Azərbaycan Prezidenti İlham Əliyevə yenidən ölkə başçısı seçilməsi münasibətilə ünvanladığı məktubda bildirir.

Martın 18-19-da Azərbaycana səfərini xatırladan Barkindo yazır: “Azərbaycanda Sizinlə apardığımız müzakirələr çox məhsuldar və əhatəli olmaqla yanaşı, həm də geniş imkanlar vəd edir. Beləliklə, Neft İxrac edən Ölkələr Təşkilatının üzv ölkələri olaraq gələcəkdə də Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün mümkün yeni perspektivləri araşdırmaq niyyətindəyik”.

Məhəmməd Barkindo 2016-cı ildə neft hasilatınınin azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannaməsi”nin qəbul edilməsində Azərbaycanın fəal və konstruktiv rolunun danılmaz olduğunu qeyd edir. Bildirir ki, Azərbaycanın və digər neft ixrac edən ölkələrin nümayiş etdirdiyi dəstək və həmrəylik bu gün dünya neft bazarında sabitliyin bərpa edilməsində əhəmiyyətli rol oynayır.

Həmçinin oxuyun

Gömrük Komitəsi qanunsuz metodla “Lukoyl”dan dizel alır

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Hava …