Şənbə , May 11 2024
Ana səhifə / İqtisadiyyat / Nyu-Yorkda bütün məktəblər qar fırtınası səbəbindən bağlanıb

Nyu-Yorkda bütün məktəblər qar fırtınası səbəbindən bağlanıb

u gün ABŞ-ın Nyu-York şəhərinin məktəbləri ölkənin şimal-şərqində baş verəcəyi gözlənilən qar fırtınası səbəbindən işləməyəcək.
“Report” xəbər verir ki, bu barədə şəhər rəhbərliyi qərar qəbul edib.
“Gözlənilən güclü qar yağması səbəbindən Nyu-Yorkda bütün məktəblər cümə axşamı bağlı olacaq”, — deyə şəhər meri Bill De Blazio bildirib.
Ölkənin meteoroloji xidmətləri ötən gün Nyu-York, Filadelfiya, Pittsburq, Boston və ABŞ-ın şərq sahilində yerləşən digər şəhərlərə fevralın 9-u axşam qar fırtınasının yaxınlaşacağını məlumat veriblər.
Yağıntıların sutka ərzində davam edəcəyi gözlənilir. “weather.com” portalının məlumatına görə, 30 santimetrə qədər qar yağa bilər.

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …

Bir cavab yazın