Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Neft-qaz sektoruna 4,8 milyard manat yönəldilib

Neft-qaz sektoruna 4,8 milyard manat yönəldilib

Cari ilin yanvar-noyabr aylarında ölkənin neft-qaz sektoruna 4 milyard 800,5 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, 11 ayda neft-qaz sektorunda 27 milyard 905,3 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 0,2 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 0,2 faiz çoxalıb. Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda istehsal edilib.

Noyabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 105,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 106,7 faiz olub.

Ötən ayın əvvəlinə iqtisadiyyatın neft-qaz sektorunda 34,9 min nəfər çalışıb. Yanvar-oktyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3060,8 manat təşkil edib.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …