Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Bələdiyyəyə namizədləri tanıyırsız? – Ən gəncinin 18 yaşı var

Bələdiyyəyə namizədləri tanıyırsız? – Ən gəncinin 18 yaşı var

Azərbaycanda dekabrın 23-nə təyin edilən bələdiyyə seçkiləri üçün 35 574 nəfər namizəd statusunu alıb və qeydiyyatdan keçib. Bildirilir ki, qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını gənclərdir.

Bu arada bildirək ki, Azərbaycanda bələdiyyələrə üzv seçilmək üçün tələb olunan yaş həddi ləğv edilib. Belə ki, Seçki Məcəlləsinin  212-ci maddəsinə (Bələdiyyələrə üzv seçilmək hüququ) əsasən seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.

“Qafqazinfo” bu məqamda ən yaşlı və ən gənc namizədlərlə bağlı 36 dairə üzrə kiçik araşdırma aparıb. Bura Naxçıvan Muxtar Respublikasına aid 7 dairə, həmçinin paytaxt üzrə 31 dairə daxil edilib. Məlum olub ki, ən yaşlı namizədin 77 yaşı var. Həmin şəxs Nehrəm bələdiyyəsinin sədrliyinə namizəd olan YAP üzvü Abutalıbov Tofiq Abutalıb oğludur. Daha 2 nəfər isə 1943-cü il təvəllüdlüdür. Hazırda 76 yaşları var. 
 
Ən gənc namizəd isə 2001-ci il təvəllüdlü Hacıyev Məhəmməd Mehman oğludur. O, 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə Qala bələdiyyəsinin sədrliyinə namizəddir. 7 namizədin isə 19 yaşı var. 

Beləliklə, dairələr üzrə ən gənc namizədlərin adlarını təqdim edirik:

2001- ci il təvəllüdlü Hacıyev Məhəmməd (13 saylı Xəzər-Pirallahı seçki dairəsi)- bitərəf;

2000- ci il təvəllüdlü Hüseynov Nəsib (1 saylı Şərur-Sədərək seçki dairəsi) – YAP üzvü;

2000- ci il təvəllüdlü Aslanov Aslan (10 saylı Binəqədi üçüncü seçki dairəsi)- YAP üzvü;

2000- ci il təvəllüdlü Əlizadə Firavan (12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi)- bitərəf;  

2000- ci il təvəllüdlü Məmədov Murad (14 saylı Xəzər seçki dairəsi)- bitərəf;

2000- ci il təvəllüdlü Hacıəliyev İsmət (18 saylı Nərimanov-Nizami seçki dairəsi)-  bitərəf; 

2000- ci il təvəllüdlü İsgəndərova Elmira  (28 saylı Sabunçu üçüncü seçki dairəsi)- bitərəf;  

2000- ci il təvəllüdlü Hüseynli Cavid (29 saylı Səbail seçki dairəsi)- YAP üzvü;

2000- ci il təvəllüdlü Kərimov Maşallah (32 saylı Suraxanı üçüncü seçki dairəsi)- bitərəf;

Ən yaşlı namizədlər isə bunlardır:

1946- cı il təvəllüdlü Ağayev Yaşar (6 saylı Culfa-Babək seçki dairəsi)- YAP üzvü;

1942- ci il təvəllüdlü  Abutalıbov Tofiq (6 saylı Culfa-Babək seçki dairəsi)- YAP üzvü;

1948- ci il təvəllüdlü Cəfərov Arif (6 saylı Culfa-Babək seçki dairəsi)- YAP üzvü;

1949- cu il təvəllüdlü Quliyev Fəxrəddin (7 saylı Ordubad-Culfa seçki dairəsi)- YAP üzvü;

1948- ci il təvəllüdlü Ağakərimov Müzəffər  (12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi)- bitərəf;

1947- ci il təvəllüdlü Muradov İlyas (12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi)- bitərəf;

1948- ci il təvəllüdlü Əliyev Camal (15 saylı Yasamal birinci seçki dairəsi)- bitərəf;

1945- ci il təvəllüdlü İsmayılov Nadir (18 saylı Nərimanov-Nizami seçki dairəsi)- YAP üzvü;

1944- cü il təvəllüdlü Aslanov Arif (20 saylı Nərimanov ikinci seçki dairəsi)- VHP;

1948- ci il təvəllüdlü Babayev Hacı (23 saylı Nəsimi-Səbail seçki dairəsi)- YAP üzvü;

1949- cu il təvəllüdlü Əsgərov Həsən (23 saylı Nəsimi-Səbail seçki dairəsi)- YAP üzvü;

1948- ci il təvəllüdlü Həsənov Həsənxan  (28 saylı Sabunçu üçüncü seçki dairəsi)- bitərəf ;

1943- cü il təvəllüdlü Quliyev Rasim (28 saylı Sabunçu üçüncü seçki dairəsi)- bitərəf;

1946- cı il təvəllüdlü Quliyev Əlikram (28 saylı Sabunçu üçüncü seçki dairəsi)- bitərəf ;

1943- cü il təvəllüdlü Mirzəyov (30 saylı Suraxanı birinci seçki dairəsi)- YAP üzvü;

1948- cil il təvəllüdlü Nəcəfov Maqsud (33 saylı Xətai birinci seçki dairəsi)- YAP üzvü;

1948- ci il təvəllüdlü Əhmədov Valeh (34 saylı Xətai ikinci seçki dairəsi)- AMİP üzvü.

Qeyd edək ki, siyahıda yer alan gənc namizədlərdən 3-ü YAP üzvü, 5-i bitərəf, yaşlı namizədlərdən isə 9-u YAP üzvü, 7-si bitərəf, biri AMİP, biri isə VHP üzvüdür. 

Məlumat üçün bildirək ki, bələdiyyə seçkilərində namizəd olan şəxsləri tanımaq üçün bu linkə keçid edə bilərsiz. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …