Ana səhifə / İqtisadiyyat / Moldova prezidenti Rusiyadan tələbi

Moldova prezidenti Rusiyadan tələbi

Moldova prezidenti Nikolay Timofti ölkənin neytral statusuna istinad edərək Rusiyadan tanınmayan Dnestryani Moldova Respublikasından qoşunlarını çıxartmağı tələb edib.

Bu barədə Independent.md nəşri xəbər verir.

“Mən Moldovanın mövqeyin bir daha xatırladıram: Rusiyanın qoşunları və sürsat anbarlarının ölkənin ərazisindən çıxarılması prosesi yekunlaşmalıdır. Bundan əlavə, biz beynəlxalq mandata uyğun olaraq təhlükəsizlik zonasında sülhməramlı əməliyyatın vətəndaş əməliyyatına çevriləməsinin tərəfdaşıyıq”, – Timofti deyib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Moldova Konstitusiyasında təsbit edilən suverenlik statusu Rusiyanın Dnestryani regionunda qoşunlarının saxladığından hüquqi nöqteyi nəzərdən etibarsızdır. O rəsmi Moskvanı Moldovanın neytralitetinə hörmətsizlikdə ittiham edərək, xatırladıb ki, Rusiya öz qoşunlarını 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in sammitində söz vermişdi.(oxu.az)

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın