Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / Malayziyanın neft-qaz şirkətinin törəməsi Azərbaycandakı filialını bağlayır

Malayziyanın neft-qaz şirkətinin törəməsi Azərbaycandakı filialını bağlayır

Malayziyanın dövlətə məxsus neft-qaz şirkəti “Petronas”ın törəməsi “Petronas Azerbaijan (Shah Deniz) S.A.R.L.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Petronas Azerbaijan” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Kövkəb Xanım Səfərəliyeva küçəsi, ev 5, qanuni təmsilçisi isə Nurunnajwa Binti Mohd Arasdır.

“Petronas” uzun illər “Şahdəniz” layihəsinin səhmdarı olub və ötən ilin sonuna yaxın layihədəki 1,2%-lik payını BP şirkətinə satıb.

Həmçinin oxuyun

İpotekaya xitam verilən hallar genişləndi

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna …