Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Məkkədə qoyunların qiyməti qalxır

Məkkədə qoyunların qiyməti qalxır

“Hökumət tacirlərin Ramazandan fürsət kimi istifadə edib qiyməti qaldırmasına imkan verməməlidir”

Bütün Səudiyyə krallığında ilboyu qoyun bazarında durğunluq hökm sürsə də, Ramazan ayının başlaması ərəfəsində, xüsusilə Məkkə və Mədinədə qiymətlər qalxmağa başlayıb. Ancaq nüfuzlu qoyun tacirlərindən biri deyir ki, bu artım 10%-i keçməyəcək.

Əkrəm adlı satıcı deyir ki, bu il qiymətlər keçən illə müqayisədə aşağı olub. Onun sözlərinə görə Sudandan Savakini cinsindən olan qoyunların idxal edilməsi qiymətlərin 20% düşməsinə səbəb olub. Savakini qoyunlarının qiyməti 550 – 950 riyal (147 – 253 dollar) arasında dəyişir.

Rafie Omar adlı başqa bir qoyun taciri deyir ki, bu il qiymətlərin düşməsinə baxmayaraq bazarda tələb də azdır.

Alıcılar qorxurlar ki, tacirlər Ramazan ayındakı yüksək tələbi fürsət bilib qoyunların qiymətlərini qaldıracaqlar.

Mədinədəki qoyun tacirləri Şaban ayının (Qəməri təqvimdə Ramazandan əvvəlki ay) sonunda qiymətlərin Ramazan mövsümünə görə qalxdığını deyirlər. Qiymətlər Şaban ayının son iki günündə qalxır.

Ali Marzouk Al-Qahtani deyir ki, hökumətin bazara ciddi nəzarətinin olmaması qoyun tacirlərinə satışın pik vaxtlarında, o cümlədən Ramazanda qiymətləri qaldırmağa imkan verir.

Nawaf Saud Al-Harbi isə hökumətin, məsələn, bələdiyyələrin və Ticarət Nazirliyinin qiymətləri nizamlamaq üçün bazarı təftiş etməsini təklif edir. O deyir ki, tacirlərə bayramlardan fürsət kimi istifadə edib qiymətləri qaldırmağa icazə verilməməlidir.​ Azadliq.org

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın