Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Kərim Əlirzayev beynəlxalq təşkilatı MTN-nin şəbəkəsi kimi işlədib?

Kərim Əlirzayev beynəlxalq təşkilatı MTN-nin şəbəkəsi kimi işlədib?

Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasında aparılan maxinasiyalar Mahmudov-Hacıyev cütlüyünün xeyir-duası ilə baş tutub?

Vaxtilə Eldar Mahmudovun və Cahangir Hacıyevin müxtəlif vasitələrlə öz adamlarını fərqli-fərqli qurumlarda yüksək vəzifələrə gətirmələri haqda oxucularımız az-çox məlumatlıdır. Belə ki, əldə etdiyimiz məlumata görə, məhz Mahmudov-Hacıyev cütlüyünün yardımı ilə, Kərim Əlirzayev və onun yaxın adamı Nizami Piriyev Avropa İqtisadi Ticarət, Kommersiya Palatasının(EEİG) rəhbər vəzifəsinə təyin olunubNizami-foto-3lar. İlk baxışdan bu təşkilat siravi insanlarda xoş təəsürat yaradırdı. Ancaq sonra “kredit oliqarxları”nın əməlləri üzə çıxan kimi, EEİG-nin fəaliyyətinin əsl mahiyyəti ictimaiyyətə məlum oldu. Məsələn EEİG-nin Azərbaycan üzrə nümayəndəliyinin prezidenti Nizami Piriyev bir müddət DİN-in BMCMİ-də istirahət etdiyindən, ölkə ictimaiyyəti çox yazıb.Nizami-foto3

Sonra EEİG-nin Türkiyə nümayəndəliyinin prezidenti, keçmiş gömrük monopolisti Kərim Əlirzayev barədə də çox yazılıb. Sayt olaraq dəfələrlə Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry – EEIG) bəzi rəhbərlərinin qanunsuz əməllərindən bəhs etmişik. Haqqında bəhs etdiyimiz EEIG rəhbərlərindən biri də Kərim Əlirzayeantfoto31vdir. Məlumat üçün bildirək ki, Kərim Əlirzayev əmisi, Milli Məclisin üzvü Əli Əlirzayevin “qanadları altında” Sumqayıt gömrüyündə uzun müddət “inhisarçı” kimi fəaliyyət göstərib. Sonradan əmisi Əli Əlirzayev parlamentə düşə bilməyib kənarda qalanda Kərim Əlirzayev ölkəni tərk edib Türkiyədə özünə “sığınacaq” tapır.images

Məlumdur ki, ölkədə nüfuzunu itirən şəxslərin bir çoxu EEIG-də cəmləşərək, “bəlkə də qaytardılar” xülyası ilə yaşayırdılar. Kərim Əlirzayev də Türkiyədə oturaraq Brüsseldə EEİG-yə spiker seçilərək gələcək karyerası barədə düşünürdü. Xatırladaq ki, saytımız 2015-ci ildə apardığı araşdırmalar zamanı tutulan “kredit oliqarxları” ilə bağlı maraqlı məqamları üzə çıxarıb. Məlum olub ki, tutulan sahibkarların böyük əksəriyyəti EEİG – Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının üzvləridir. Agentliyin yaydığı xəbərdə xüsusi olaraq qeyd olunur ki, Azərbaycandan küsüb xarici ölkədə biznes quran oliqarxlar, sonradan öz doğma ölkələrinə qayıtmaq və əlverişli imkanlar qazanmaq üçün EEİG təşkilatına üzv olurlar. Yəni, EEİG bu şəxsləri sanki cəmiyyətin gözündə “reabilitasiya” edərək, onlara “toxunulmazlıq” statusu verir. Əks təqdirdə, vətənə qayıdanda onlara öz “şanlı keçeldar_mahmudov_190913mişlərini” yada salarlar. EEİG-nin fəaliyyətinin nədən ibarət olmasına gəlincə isə, bu təşkilat hotellərə, yaxud hansısa qida məhsuluna, yaxud içkiyə EEİG-nin standartlarına uyğun olması haqda sertifikat verməklə məşğuldur.3212-255x3001

“Gənclərin təşəbbüsü” İB-nin sədri, EEİG-nin sabiq vitse -prezidenti Ülvi Kazımlı sayta bildirib: “Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının verdiyi sertifikatların qiyməti 3-7 min avro arasında dəyişir. EEİG-nin Türkiyə nümayəndəliyinin prezidenti Kərim Əlirzayev mənə təklif elədi ki, sertifikatların satışı ilə məşğul olum. Bu satışdan əldə olunan gəlir Avropada mərkəzi ofisə göndərilməli idi. Mən təklifdən imtina elədim”.

34781693004491
Müxbirimizin “ Nə üçün?” sualına Ü.Kazımlı belə cavab verib: “ Çünki mən bilirdim ki, bu sertifikatların heç bir əhəmiyyəti yoxdur”. K.Əlirzayev onun təşkilatda işləməsini inkar etsə də, Ülvi Kazımlı müxbirimizə bildirib: “Mən nəinki Kərim Əlirzayevin vaxtında EEİG-nin vitse- prezidenti olmuşam, hətta 2012-ci ildə Kərim Əlirzayevin Türkiyədə EEİG-nin keçirtdiyi tədbirdə iştirak etmişəm.56056693004493

Və Kərim Əlirzayev tərəfindən “Avesta” şirkətinin prezidenti Hacı İbrahimə EEİG-nin qızıl medalının təqdim olunmasının şahidi olmuşam”. EEİG-nin üzvü olmaq üçün ildə min avro pul ödəməlisən və sonra hər il həmin prosedur təkrarlanır. EEİG-nin 70-ə yaxın ölkədə nümayəndəlikləri var və həmin qurumun Azərbaycan üzrə prezidenti Nizami Piriyev, Türkiyə üzrə isə Kərim Əlirzayevdir.

4bbaf6e25fd1EEİG-nin rəsmi veb saytından da bəlli olur ki, EEİG-nin bir çox ölkələrdəki nümayəndəliklərinin prezidentləri azərbaycanlıdır. Onlar hamısı Kərim Əlirzayevin, Nizami Piriyevin və digərlərinin xeyir-duası ilə həmin nümayəndəliklərin prezidenti vəzifəsinə təyin olunublar. Qurumun ən iri fiqurlarından biri də Fərhad Əhmədovdur. Onun bu təşkilatda missiyası nə olub? Görəsən, hökumətdən “narazı” oliqarxlar EEİG-də toparlanmaqla nə etmək istəyiblər? EEİG-də toplaşanların həbsi təsadüfdürmü?…VVF1

Keçən il Avropa oyunları ərəfəsində onların törətdiyi cinayətlər barədə silsilə yazılar dərc etdiyimiz üçün, EEİG-nin ümumi rəhbəliyinin adından, bizim barədə KərKerimim Əlirzayev sabiq Latviya prezidenti, sonradan EEİG-in prezidenti olan Vayra Vike Frayberanın vasitəsi ilə ölkə rəhbərliyinə şikayət göndərtmişdi.

K.Əlirzayev xanım Frayberqanı inandırmışdı ki, guya sayt “nüfuzlu beynəlxalq təşkilatın işgüzar imicinə xələl gətirməyə” çalışır.

O müraciətə görə, bizi hətta DİN-in BMCMİ-ə dəvət də etdilər və biz idarədə izahat verərək haqlı olduğumuz və obyektiv araşdırma aparmağımızı bildirdik. Sonra isə EEİG MTN rəhbərliyinin şəxsi marağlarına xidmət etdiyinin üstü açıldı və ictimaiət EEİG-nin ölkəmizdə nə işlə məşğul olduğunu bildi. Sonda da Eldar Mahmudov epopeyasının sonu çatan kimi, Kərim Əlirzayevin qardaşı oğlu Malik Əlirzayevin MTN-dəki xidmətinə son qoyuldu. Araşdırmamız davam edir.

Screenshot_2015-05-13-11-16-14Kerim-41image-12131

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın