Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Kreditə üz tututanların sayı artıb: faizlər niyə yüksəkdir? – AÇIQLAMA

Kreditə üz tututanların sayı artıb: faizlər niyə yüksəkdir? – AÇIQLAMA

Maddi vəziyyətinin yaxşı, yaxud pis olmasından asılı olmayaraq, əksəriyyət kredit götürməyə meyillidir.Buna həqiqətən ehtiyacları var, ya yoxdur, tamam başqa məsələdir. Sanki hamı bir-birilə rəqabətə girib.
Kredit ödənişinin o qədər də asan olmadığı indiki vaxtda kredit üçün banklara üz tutanların sayı niyə daha da artıb? Kredit götürəndən sonra vətəndaşlar hansı problemlərlə üzləşir?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən bank eksperti Əkrəm Həsənov bildirib ki, kreditlə bağlı müraciətlərdə artım var:

“Bu da onunla bağlıdır ki, pandemiya dövründən başlayaraq, banklar kredit verməyə meyilli deyildi. İnsanlar isə işsiz idi, yaxud maaşları azalmışdı deyə banka müraciət etmirdilər”.

Ekspert bildirib ki, pandemiyadan sonra iqtisadiyyat bir qədər düzəldiyi üçün banklar həm kredit verir, həm də güclü reklam kampaniyaları aparırlar:
“İnsanlar kredit götürəndə büdcələrində yarana biləcək maddi çətinlik barədə çox da düşünmürlər. Ehtiyac yarandığı üçün kreditə üz tutur, daha sonra aybaay pulu ödəməkdə çətinlik çəkirlər. Əgər diqqət etsəz, 2005-2015-ci illərdə də insanlar kredit götürürdü, lakin o zaman şikayətlənmirdilər. Çünki o zaman insanların gəlirləri də artırdı. Son zamanlar gəlirlər azalıb, qiymətlər artıb. Bəzi insanlar heç əvvəlki əmək haqqını almır, yaxud əvvəlki əmək haqqını alsa belə, qiymət artımı ondan da yüksəkdir. Bu da vətəndaşın banka ödəniş etməsini çətinləşdirir. Eyni zamanda bank faizləri də çox yüksəkdir. Hətta indiki dövrdə faiz aşağı olsaydı belə, yenə kredit ödəmək cibə ciddi təsir edərdi”.
Ə. Həsənov banklarda kredit faizlərinin yüksək olmasının bir sıra səbəbləri olduğunu diqqətə çatdırıb:
“Banklar öz pulunu yox, digərlərindən cəlb etdiklərini kredit verirlər. Digərləri də birinci növbədə əmanətçilərdir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi 12%-dir. Yəni, bank özü 12%-lə əmanətçidən əmanət cəlb edir. Bu faiz çox yüksəkdir. Yəni sivil ölkələrdə əmanət faizi bir qayda olaraq 1%-dir. Bu gün Azərbaycanda sığortalanan əmanət faizi endirilməlidir, amma endirmirlər. İkincisi, Mərkəzi Bank uçot dərəcəsilə banklara kredit verir. Bu gün Azərbaycanda xeyli bank var. Əgər onların hamısına aşağı faizlə kredit versə, bu bankların əlində ucuz pul olar və onlar da faizləri endirə bilərlər. Mərkəzi Bnak yalnız 3-5 aşağı faizlə verir. O banklar da inhisarçıdır və ona görə də öz faiz dərəcələrini endirmirlər. Əgər onlar bilsəydilər ki, bütün bankların ucuz pulu var, əlbəttə ki, endirərdilər və sağlam rəqabət olardı. Üçücü problem isə Azərbaycanda qanunçuluğun vəziyyətidir. Bank bilir ki, o krediti verəndən sonra vətəndaş, sahibkar krediti qaytarmayanda bankın həm rəsmi, həm də qeyri-rəsmi xərcləri çox olur. Bank artıq gələcək xərclərini həmin faizə qurur”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …