Ana səhifə / İqtisadiyyat / İran yenə silkələndi

İran yenə silkələndi

İranın Sistan və Bellucistan əyalətinin liman şəhəri olan Çabaharda zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, Tehran Universiteti Seysmoloji Araşdırmalar Mərkəzi zəlzələnin 5.2 bal gücündə olduğunu açıqlayıb.

Yerin 10 km dərinliyində qeydə alınan təkanların episentri Çabahar şəhəri olub.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.

Təxminən 30 saniyə davam edən zəlzələnin Pakistanın bəzi yerlərində də hiss edildiyi bildirilir.

Qeyd edək ki, iki gün əvvəl Çabaharda 5.3 bal gücündə daha bir zəlzələ baş vermişdi.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın