Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Sabiq deputat İsa Qəmbərin müdafiəsinə qalxdı

Sabiq deputat İsa Qəmbərin müdafiəsinə qalxdı

İkram İsrafil: “Müəyyən dairələr Müsavatın, İsa Qəmbərin Azərbaycan cəmiyyətinə verdiyi demokratiya nümunəsini həzm edə bilmirlər”

Son iki həftədə Müsavat Partiyası ilə bağlı baş verənlərə, mediada Müsavatdan kütləvi qopmaların olduğu barədə aparılan təbliğata partiyanın Divan üzvü, sabiq deputat İkram İsrafil münasibət bildirib.

İkram İsrafil “Yeni Müsavat”a açıqlamasında qeyd edib ki, Müsavatdan indiyə qədər cəmi 9 nəfərin xaric edilməsinə, təxminən 50 nəfərin istefa verməsinə baxmayaraq partiyadan guya yüzlərlə şəxsin çıxarıldığı, yüzlərlə adamın çıxdığı barədə təbliğatın aparılması özü hər şeyi deyir: “Cəmiyyətdə və müsavatçılar arasında qəsdən yanlış təəssürat, rəy yaratmaq üçün bu təbliğat aparılır. Müəyyən dairələr Müsavatın, İsa Qəmbərin Azərbaycan cəmiyyətinə verdiyi demokratiya nümunəsini həzm edə bilmirlər, bu demokratiya nümunəsini nəyin bahasına olur-olsun aylardır kölgədə qoymağa çalışırlar. Aparılan təbliğat bunun üçündür. Müsavat Partiyası İsa Qəmbərin başqanlığı ilə son qurultayında demokratiya nümunəsi göstərərək aldığı qərarlarla təkcə Müsavat adına deyil, Azərbaycan adına növbəti bir şərəfli tarix yazıb.
 Bunu Azərbaycandakı gerçəklikləri nəzərə alsaq, yalnız İsa Qəmbər edə bilərdi və etdi. Bu siyasətit Azərbaycan adına gerçəkləşməməsinin səbəblərini hər birimiz yaşamışıq, bilirik. Müsavat adına bunun gerçəkləşməsini əngəlləməyə qalxanların öz içimizdən olmasını görmək çox ağırdır. Əslində ölkə mətbuatı, xüsusən hakimiyyətə yaxın mətbuat fərqinə varmadan Müsavatla bağlı yalan yazanların və böhtan atanların kimliklərini göstərməklə, ictimaiyyətin bu cür adamları tanımasına yardımçı olur”.
Sabiq deputata görə, bütün antitəbliğata, böhtanlara rəğmən, Müsavat Partiyası bu mərhələni də uğurla keçəcək: “Müsavat Partiyasının rayon təşkilatları, bu təşkilatlardakı minlərlə əqidəli, dəyanətli həqiqi müsavatçılar mən əminəm ki, reallığın nədən ibarət olduğunu yaxşı bilirlər. Ona görə də məkrli qüvvələrin apardığı təbliğata məhəl qoymurlar. Bu təbliğatın arxasında əslində nəyin dayandığını yaxşı bilirlər. Müsavata, İsa Qəmbərə şər və böhtan atanların qiymətini isə müsavatçılar, xalqımız  zamanı çatanda verəcək. Buna heç kəsin şübhəsi olmasın”.

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın